Koronavirusdan sonra saç tökülməsinin qarşısının alınmasının yolları açıqlanıb

Koronavirus keçirən xəstələrdə müşahidə olunan saç tökülməsinin qarşısının alınması üçün ən mühüm profilaktik tədbir qan damarlarını işlək vəziyyətdə saxlamaq və orqanizmdə qan dövranını normallaşdırmaqdır. Fəsadlar varsa, həkimə müraciət edilməlidir.

Bu bardə rusiyalı pediatr, immunologiya sahəsində ekspert olan İqor Kaşaba bildirib.

O, postkovid dövründə xəstələrin əksəriyyətində erkən keçəllik müşahidə olunduğunu xatırladıb.

Onun sözlərinə görə bu, trombların əmələ gəlməsinin artması, qan tədarükünün pozulması və immun sisteminin disfunksiyası ilə əlaqədardır.

Həkim həmçinin bildirib ki, bəzən COVID-19 yüngül keçirilsə də, nəticələri ağır ola bilər.

“İnfeksiyanın məkri də elə bundan ibarətdir”, – deyə o izah edib.

Pediatr saç tökülməsindən əlavə koronavirus keçirənlərdə ən geniş yayılan simptomlar arasında asteniya, yaddaşsızlıq, enerjinin, əmək qabiliyyətinin və intellektual fəaliyyətin azalmasını qeyd edib.

Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxmuş bəzi insanların saç rənginin dəyişdiyi bildirilmişdi. Belə ki, rusiyalı trixoloq və dermaveneroloq Tatyana Yeqorova koronavirus keçirən xəstələrinin birinin saç rəngi iki çalar açıqlaşmağa başladığını deyib.

“Ancaq bu həmin pasiyentin saçlarının strukturunu dəyişməyib”, – deyə o əlavə edib.

Rusiyalı başqa bir trixoloq professor Yuliya Qallyamova COVID-19-un saç rənginə təsir edə biləcəyini təsdiqləyib və bunun xəstəliyin immunitet sisteminə hücumu ilə bağlı olduğunu irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.