Boris Consonun həyat yoldaşı geyimi ilə britaniyalıları narazı saldı – FOTO

Böyük Britaniyanın baş naziri Boris Consonun həyat yoldaşı Kerri Simonds Romada baş tutan G20 sammitində görünüşü ilə britaniyalıları narazı salıb. Belə ki, onun əynində mass-marketin brendi sayılan “Zara”dan ucuz geyim olub.

Məlumata görə, 30-31 oktyabr tarixlərində baş tutan tədbirə Simonds çiçək printli maksi geyimdə və 60 funt sterlinq (139,5 manat) dəyərində qırmızı pencəkdə qatılıb. Onun obrazını alçaq dabanlı tuflilər tamamlayıb.

İnternet istifadəçiləri Boris Consonun xanımının geyimini sərt şəkildə tənqid ediblər.

“Qoca nənə kimi görünür”, “Onun zövnqünə əsaslanmalıyıq? Çox pis geyimdir”, “Kerri, dərhal stilistini dəyişdirməlisən”, “Niyə Makronun qoca arvadının stili gənc Simondsdan daha yaxşıdır”, “Qəribə geyimdir”, – deyə onlar bildiriblər.

 

Mənbə: Daily Mail

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.