“Lion” növbəti mərhələdə, “Qalatasaray”dan heç-heçə, “Legiya” darmadağın olub

UEFA Avropa Liqasının qrup mərhələsində IV tura start verilib.

“Report”un məlumatına görə, ilk olaraq 6 qrupda 8 qarşılaşma oynanılıb.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” Rusiya “Lokomotiv”ni qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1. “Sarı-qırmızılar” heç-heçə sayəsində E qrupundakı liderliyini qoruyub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada İtaliya “Napoli”sinə uduzub – 1:4. Varşava təmsilçisinin yeganə qolunu 11-ci dəqiqədə Emreli vurub.

A qrupunda “Lion” Fransada Çexiyanın “Sparta” (Praqa) klubunu 3:0 hesabı ilə üstələyib. Meydan sahibləri qrup lideri kimi 1/8 finala vəsiqəni öncədən rəsmiləşdirib.

H qrupunda Belçikada “Genk”lə heç-heçə edən İngiltərənin “Vest Hem” klubu ən azı pley-offa vəsiqəni təmin edib.

4 noyabr

UEFA Avropa Liqası
Qrup mərhələsi
IV tur

A qrupu
21:45. “Bröndbü” (Danimarka) – “Reyncers” (Şotlandiya) – 1:1
21:45. “Lion” (Fransa) – “Sparta” (Praqa, Çexiya) – 3:0

Xal durumu: “Lion” – 12, “Sparta” – 4, “Reyncers” – 4, “Bröndbü” – 2

B qrupu
21:45. “Monako” (Fransa) – PSV (Eyndhoven, Niderland) – 0:0
21:45. “Real Sosyedad” (İspaniya) – “Şturm” (Qrats, Avstriya) – 1:1

Xal durumu: “Monako” – 8, “Real Sosyedad” – 6, PSV – 5, “Şturm” – 1.

C qrupu
21:45. “Legiya” (Polşa) – “Napoli” (İtaliya) – 1:4

00:00. “Lester” (İngiltərə) – “Spartak” (Moskva, Rusiya)

Xal durumu: “Napoli” – 7 (4 oyuna) “Legiya” – 6 (4), “Lester” – 4, “Spartak” – 3.

D qrupu
21:45. “Olimpiakos” (Yunanıstan) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 1:2

00:00. “Antverpen” (Belçika) – “Fənərbağça” (Türkiyə)

Xal durumu: “Ayntraxt” – 10 (4 oyuna), “Olimpiakos” – 6 (4 oyuna), “Fənərbağça” – 2 , “Antverpen” – 1

E qrupu
21:45. “Qalatasaray” (Türkiyə) – “Lokomotiv” (Moskva, Rusiya) – 1:1

00:00. “Marsel” (Fransa) – “Latsio” (İtaliya)

Xal durumu: “Qalatasaray” – 8 (4 oyuna), “Latsio” – 4, “Marsel” – 3, “Lokomotiv” – 2 (4).

H qrupu
21:45. “Genk” (Belçika) – “Vest Hem” (İngiltərə) – 2:2

00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Rapid” (Vyana, Avstriya)

Xal durumu: “Vest Hem” – 10 (4 oyuna), “Genk” – 4 (4). “Dinamo” – 3, “Rapid” – 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.