“Məndən pul istəyənə ” 50 manat verərəm

“Pulu çox sevən insan deyiləm. Mənim imkanım olsa, kimsə məndən pul istəsə, ona 50 manata qədər kömək edə bilərəm”.

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri “Tam vaxtıdır” proqramında Əməkdar artist Teymur Əmrah deyib. O, israfçılıq etməyi sevmədiyini söyləyib:

“Özümü göstərmək üçün 1000 manat borc vermərəm. Bunu yalnız doğmama edərəm. Pulu çox sevsəm, toya daha artıq məbləğə gedərdim. Hansı ki, mənim tələbələrim toydan 10 min manat qonorar alırlar. Toyun öz stili, formatı var, oxumaq elmi iş yazmaq deyil. Səhər açılır  şirin çay,  çörək var, acından ölmürəm. Savadlı musiqiyə sadiq qalıram. Vacib deyil ki, hər gün kabab yeyim, bahalı geyinim, xarici ölkələri gəzim. Mən sənətimi sevirəm. Çöldəki məhəbbət məni hər zaman gözləyir. Öncə sənətimi sevməliyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.