Şəbnəm Tovuzlu ondan kömək istəyən ailəyə EV TİKDİRİR

Müğənni Şəbnəm Tovuzlu Tovuzun Dondar Quşçu kəndinin sakini Ramil İsayevə ev tikdirəcək.

Bu haqda moderatoraz-a açıqlamasında müğənni özü deyib. O bildirib ki, ondan kömək istəyən həmyerlisinə yardım əlini uzadacaq:
“Xəbəri saytda görən kimi ailə ilə əlaqə qurdum. Çünki ürəyim razı olmazdı ki, o ailə çətin vəziyyətdə qalsın. Qarşıdan da qış gəlir. O körpələrin soyuqda qalacağını düşündükcə ürəyim parçalanır. Ramil bəyin ailəsi üçün 2 otaqlı ev tikdirəcəm. Bir ay ərzində ev hazır olacaq. Çünki evin tikilməsinə sabahdan başlanılacaq. Bu dünyada yaxşılıq qalacaq”.

Qeyd edək ki, kənd sakini Ramil İsayev moderator.az-a müraciət edərək Şəbnəm Tovuzludan kömək istəmişdi. O, şəraitsiz vəziyyətdə yaşadığını, uşaqlarına baxa bilmədiyini qeyd etmişdi.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.