“Qarabağ”la “Qəbələ”nin səfər sınağı – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

TribunaNews.Az Fanat.Az-a istinadən xəbər verir ki, “Zəfər turu”nun ikinci oyun günündə 2 görüş baş tutacaq.

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son qarşılaşmalara Bakıda start veriləcək. “Səbail” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Çempionatın lideri “Qarabağ” isə “Sumqayıt”ın qonağı olacaq.

Qeyd edək ki, turun ilk günündə “Sabah” – “Zirə” (3:3) və “Keşlə” – “Neftçi” (3:2) oyunları keçirilib.

Azərbaycan Premyer Liqası
10-cu tur
7 noyabr
15:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev

Bayıl. “ASCO Arena”.

19:30. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov

Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sumqayıt, “Kapital Bank Arena”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.