Şuşa Zəfər gününə hazırlaşır- VİDEO

“Sabah ilk dəfə Şuşada Zəfər günü qeyd olunacaq. Mədəniyyət paytaxtımız bu möhtəşəm günə tam hazırdır”.
Yenixeber.org: Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Zaur Həsənov qeyd edib. O, Facebook sosial şəbəkə hesabında video paylaşaraq şəhərin görüntülərini izləyiciləri ilə bölüşüb.
Kadrlardan da göründüyü kimi Qələbə abu- havası  olan Şuşada Zəfər günü xüsusi olaraq qeyd olunacaq. 
Qeyd edək ki, 8 noyabr həm də Şuşanın erməni işğalçıları tərəfindən azad olunduğu gündür.
Sözügedən görüntünü təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.