Lüksemburqda dəhşətli hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, Zoi Snoeks adlı qadın həyat yoldaşı ilə Nadrin şəhəri yaxınlığında yerləşən kəndlərdən birində gedib. Təhlükəli qayalıq ərazilərdə selfi çəkdirməyi sevən Zoi 1400 metr hündürlüyündə olan sıldırım qayaya çıxıb.

Qayanın kənarında oturduqdan sonra əri Coeriyə itlərinə baxmasını tapşırıb. İtlərə baxan Coeri daha sonra arvadının gözdən itdiyini görüb.

Dərhal yaxınlıqdakı otelə gedərək təcili yardım çağırıb. Polis və helkopterin də işə cəlb edilməsindən sonra qadının cəsədi sıldırım qayadan aşağıda yerləşən kiçik göldə aşkarlanıb. Əri Zoinin hər zaman hündür yerlərdə selfi çəkmək həvəsi olduğunu, sonucu dəfə də oturuğu qayanın kənarında bunu etdiyini bildirib.

BAKU.WS

QALEREYA