Tbilisidə Azərbaycan bayrağının fləşmobu keçirildi – VİDEO

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Mirzə Fətəli Axundov adına muzeyin birgə dəstəyi əsasında 8 Noyabr – Zəfər Günü Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzindəki Rike parkda Azərbaycan bayrağının fləşmobu keçirilib.

Oxu.Az-ın məlumata görə, həmçinin 8 noyabr tarixində Tbilisi şəhərinin mərkəzindən keçən Kür çayı boyunca Azərbaycan Respublikasının dövlət bayrağının rənglərinə bürünmüş üç gəmi şəhər turu edib.

Yekun olaraq, Tbilisi şəhərinin simvollarından biri olan hava balonu axşam saatlarında Azərbaycan Respublikasının dövlət bayrağının və Vətən müharibəsindəki qələbənin rəmzi olan Xarıbülbül gülünün rənglərində işıqlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.