Yaşadığı mənzildə gizli otaq tapan tələbə keçirdiyi qorxulardan danışdı – VİDEO

Tələbə öz mənzilində divar arxasında gizli otaq tapıb. Loqan Hanter adlı amerikalı bununla bağlı kadrları özünün “TikTok” hesabından paylaşıb.

Video müəllifinin sözlərinə görə, o, divarda taxta örtüyün arxasında boşluq olduğunu anlayandan sonra onu söküb.

Kadrlara baxanda içəridə taxta pillələr, ardınca isə boş otaq görünür.

“Allahım, bura çox qorxuncdur. Qapını örtdüm ki, pişiklər ardımca gəlməsin. Mənim otaq qonşum, yaxud ardımca bura gələcək kimsəm yoxdur. Ona görə, burada ölsəm heç kim bilməyəcək”, – deyə o, videoda bildirir.

Amerikalı otağı gəzdikdən sonra buranı təmir etməyi və istirahət otağına çevirməyi düşündüyünü deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.