Bloqerlik fəaliyyətinə görə başından güllələnən Nobel mükafatçısının toyu oldu – FOTO

2014-cü il Nobel Sülh Mükafatı laureatı, pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay ərə getdiyini elan edib.

Bu barədə o, “Twitter” hesabından xəbər verib.

“Bu gün həyatımın unudulmaz günüdür. Asserlə həyatımızın sonuna qədər birlikdə olmaq üçün nikaha girdik”, – deyən ən gənc laureat əri ilə birgə fotolarını yayımlayıb.

Yusufzainin sözlərinə görə, toy 24 yaşlı qızın yaşadığı Birmingemdə hər iki ailənin iştirakı ilə İslam ənənəsinə uyğun keçirilib.

Qeyd edək ki, 11 yaşından bloqerliklə məşğul olan Yusufzai “Taliban” terror hərəkatının doğma Xayber-Paxtunxva əyalətinin Svat rayonunda şəriət qanunu yaratmaq cəhdlərini tənqid edirdi. O, 2012-ci ilin oktyabrın 9-da məktəbdən evə gedərkən silahlı şəxslərin hücumuna məruz qalaraq, baş və boyun nahiyəsindən yaralanmışdı. Reabilitasiya kursunu bitirdikdən sonra Yusufzai 2013-cü ildə insan haqları işinə qayıdıb.

2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülən Yusufzai tarixin ən gənc Nobel mükafatçısı olub. Əvvəllər bu status 1915-ci ildə 25 yaşında mükafat almış ingilis fiziki Lourens Braqqa aid idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.