Gələn il dövlət büdcəsinin gəlirləri əvvəlki illərdən çox olacaq

Gələn ilin dövlət büdcəsinin gəlirləri əvvəlki illərinkindən çox proqnozlaşdırılıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, Palatanın rəyində potensiala yenidən baxılmasının zəruriliyi qeyd edilib.

“Vergi Məcəlləsinə ediləcək dəyişikliklər və digər dəyişiklikləri nəzərə alaraq vergi və gömrük daxilolmalarında risklərin olmayacağı qənaətindəyik. Hesablama Palatası tərəfindən aparılan təhlillərdə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində göstərilən xərclər dəstəklənməlidir. 2022-ci ilin dövlət büdcə xərclərini xarakterizə edən növbəti meyl əməyin ödənişi bölməsi ən böyük göstərici olaraq proqnozlaşdırılır”, – deyə Hesablama Palatasının sədri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.