Azərbaycanda futbolçular arasında kütləvi dava baş verib

Futbol üzrə Gənclər Liqasının (19 yaşadək futbolçular arasında Azərbaycan çempionatı) “Neftçi” İK İB – “Sumqayıt” oyununda kütləvi dava baş verib.

Oxu.Az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. O rəqibə yumruq atıb və hakimi təhqir edib.

Matç bitdikdən sonra isə qonaq komandadan Fərdi Abbasov, meydan sahiblərindən Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak edib.

AFFA İntizam Komitəsi həmin 4 futbolçunu 6 oyunluq cəzalandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.