Azərbaycanlı məşqçi Türkiyədə dünyasını dəyişdi – FOTO

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.

Oxu.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis “European Cadet Circuit” turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Cahangir Səfərov sablya üzrə yeniyetmə qızlar yığmamızın baş məşqçisi olub. O, yeniyetmə millimizlə Ankarada təlim-məşq toplanışında iştirak edirdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.