Rusiyanın ən iri avtomobil şirkəti fəaliyyətini dayandırdı

Rusiyanın ən iri avtomobil şirkəti “AvtoVAZ” istehsalı tamamilə dayandırıb.

Buna səbəb kimi elektron komponentlərin çatışmazlığı əsas gətirilib.

Şirkətin Tolyatti şəhərində yerləşən hər üç konveyerində avtomobillərin istehsalı dayandırılıb.

Eyni zamanda, mühərriklərin, sürət qutularının, şassilərin və pres istehsalı davam edir. Metallurgiya sahəsində də işlər standart cədvəl üzrə davam edir.

Şirkətdən bildirilib ki, problemlər bütün dünyada istehsalçıların üzləşdiyi və “ən azı gələn ilin ortalarına qədər və ya daha uzun müddət davam edəcək” elektron hissələrin tədarükü böhranı ilə bağlıdır.

Mənbə: RİA Novosti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.