Erməni terrorçu Qarabağda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb – YENİLƏNİB – FOTO/VİDEO

Şuşa şəhəri yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu blokposta qumbara atan erməni terrorçunun kimliyi məlum olub.

BAKU.WS “Caliber.az”a istinadən xəbər verir ki, həmin şəxs 1975-ci il təvəllüdlü Norayr Mirzoyandır.

***10.41

Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə yük maşınından qumbara atıb.

BAKU.WS “Caliber.az”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.

VİDEO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.