Kişilərdən ibarət həndbol üzrə Azərbaycan yığmasının bəzi üzvləri aylıq əməkhaqlarını almadıqlarını, verildiyi halda isə yarısının kəsildiyini bildiriblər.

BAKU.WS xəbər verir ki, yığmanın üzvləri İTV-yə açıqlamasında 14 həndbolçunun milli komandadan uzaqlaşdırıldığını da deyiblər.

Həndbolçular mövcud vəziyyətlə bağlı Gənclər və İdman Nazirliyini məlumatlandırdıqlarını vurğulayıblar.

VİDEO