Axtarışda olan Qazax sakini tutulub

Axtarışda olan Qazax rayonu Aşağı Salahlı kənd sakini tapılaraq istintaqa təhvil verilib.

Bu barədə Pentensiar Xidmət Məlumat yayıb.

Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının Qazax rayon Polis şöbəsinin  əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə axtarışda olan Qazax rayon Aşağı Salahlı kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılaraq istintaq orqanına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.