Azərbaycan gimnastı İspaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş Kataloniya Kubokunda gümüş medal qazanıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, dünya çempionatının ikiqat mükafatçısı gürzlə hərəkətlərdəki çıxışına görə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

İdmançı çoxnövçülük yarışında isə 85.200 xal toplayaraq dördüncü yeri tutub və medalın bir addımlığında dayanıb.

Qeyd edək ki, Arzu Cəlilova Kataloniya Gimnastika Federasiyasının dəvəti ilə Barselonadakı yarışa yollanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.