Moskva metrosunda dəhşətli anlar: Fədakarlığı ölümünə səbəb oldu – VİDEO

Rusiyanın paytaxtı Moskvada metronun “Sxodnenskaya” stansiyasında bir nəfər sərnişinin ölümü ilə nəticələnən insident yaşanıb.

Belə ki, naməlum şəxs yaxınlaşan qatarın qarşısında relslərə tullanıb.

Tullanma anında onun yanında dayanan oğlan özünə qəsd etmək istəyən şəxsin həyatını xilas etməyə çalışıb.

Nəticədə intihar etmək istəyən sərnişin sağ qalsa da, onu ölümdən xilas etmək istəyən gənc qatarın altına düşərək faciəvi şəkildə həlak olub.

Mənbə: Life Shot “Telegram” kanalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.