Niderlandda Nizami Gəncəviyə həsr edilmiş kitab çap olunub – FOTO

Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb.

Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.