Əməkdar artist Vəfa Zeynalova Türkiyəyə istirahətə yollanıb. 

BAKU.WS xəbər verir ki, aktrisa bir neçə gündür Nevşehir vilayətinin Ürgüp rayonunda yerləşən Kappadokiyada istirahət edir.

Zeynalova səyahətindən lentə alınan video və fotoları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Əməkdar artistin paylaşımları izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanaraq çox bəyənilib.

Onun görüntülərinə xeyli sayda xoş rəylər yazılıb.

QALEREYA