AFFA-dan De Byazi ilə bağlı AÇIQLAMA

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi Canni De Byazinin gələcək taleyinə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək. Onun müqaviləsi bu ayın sonu başa çatır.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq:

“Bundan sonra AFFA İcraiyyə Komitəsi bu məsələni müzakirə edəcək. Milli komandaya baş məşqçi təyin olunması, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı məsələlərə dair qərar qəbul etmək səlahiyyəti İK-dədir. AFFA İcraiyyə Komitəsinin iclası bu ayın sonu və ya gələn ayın əvvəli keçirilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.