Əhali bu il mobil rabitəyə 800 mln. manatdan çox pul xərcləyib

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,6% artaraq 1901,6 mln. manat təşkil edib ki, onun da 75,6%-i əhali tərəfindən istehlak olunub.

BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat Dövlət Statistika Komitəsinin aylıq makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Xidmətlərdən əldə edilən gəlirin 42,6%-i və ya 810,3 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.