Güclü külək elektrik qatarlarını ləngidib, sürət endirilib – RƏSMİ

Paytaxtda əsən güclü külək qatarların fəaliyyətinə də təsir göstərib.

Kəskin hava şəraiti (güclü küləyin əsməsi) ilə əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə bəzi sahələrdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Ona görə də, bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.