Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 254 589 524 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 5 121 992 xəstə ölüb, 230 189 150 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (48 072 898 nəfər), Hindistan (34 456 401 nəfər), Braziliya (21 960 766 nəfər), Böyük Britaniya (9 600 369 nəfər) və Rusiyadır (9 109 094 nəfər).

Türkiyədə 8 432 018, İranda 6 045 212, Gürcüstanda 785 911, Ermənistanda isə 329 341 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (256 597 nəfər), İran (128 272 nəfər) və Türkiyədə (73 746 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 561 925 nəfərin 7 471-i ölüb, 523 660 xəstə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.