Ötən gün COVID-19 pasportu olmadığına görə neçə nəfər şənliyə buraxılmadı?

Noyabrın 15-də Bakı şəhərində və respublika ərazisində 71 toy şənliyində monitorinq aparılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.

Monitorinq 61 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Belə ki, toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 180 nəfər  isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.