Azərbaycanlı yeniyetmə ciu-citsu üzrə dünya çempionu oldu

Bakı şəhəri 6 nömrəli lisey məktəbinin 6-cı sinif şagirdi Ənvər Nəcəfov Əbu-Dabidə (BƏƏ) keçirilən Braziliya ciu-citsusu üzrə yeniyetmələr arasında (50 kq çəki dərəcəsində) dünya çempionu olub.

Bu barədə Media.Az məlumat yayıb.

Bildirilib ki, gənc idmançının məşqçisi qara kəmər sahibi, Braziliya ciu-citsusu üzrə ikiqat dünya çempionu, beynəlxalq yarışların qalibi Ceyhun Quliyevdir.

Əbu-Dabidə keçirilən ciu-citsu üzrə dünya çempionatına ümumilikdə dünyanın bir çox ölkəsindən yüzdən çox idmançı qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.