Məşhurlar ŞƏHİDLƏRİMİZDƏN yazdılar – FOTO

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 10 hərbi qulluqçusu yaralanıb, 7-si isə şəhid olub. 

BAKU.WS xəbər verir ki, bir çox yerli məşhurlar sosial şəbəkə hesablarında şəhidlərimizlə bağlı paylaşımlar ediblər. Onlar torpaqlarımız uğrunda həlak olan igidlərimizə görə dərin kədər hissi keçirdiklərini bildirərək onların yaxınlarına, ailə üzvlərinə başsağlığı veriblər.

Xalq artisti Emin Ağalarov

Şəhidlər ölməz, vətən bölünməz…

Müğənni Xatirə İslam

Allah xalqımıza kömək olsun. Allah heç bir anaya bala dağı çəkdirməsin, cavan qardaşlarımıza qıymasın. Başqa yollarla, danışıqlarla həll olunsun, bitsin bu qan qiyamət, yazıqdır balalarımız… Hamı birlikdə dua etsin. Allah eşidər səsimizi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlara ömür boyu borcumuz var.

Xalq artisti Aygün Kazımova

Allah şəhidlərimizə rəhmət etsin!

Əməkdar artist Aybəniz Haşımova

Uca Allahdan diləyim: Türkün başının üstündən qara dumanı əbədi yox etsin. Şəhidlərimizə rəhmət etsin. Susmuş dillərinə, yatan ürəklərinə, yumulu gözlərinə, yaralı canlarına mən qurban olum, ay millətimin toyu çalınmamış vaya dönən igidləri…

Xalq artisti Zülfiyyə Xanbabayeva

Allah şəhidlərimizə rəhmət etsin!

Müğənni Nadir Qafarzadə

7 şəhidin var, Azərbaycan. Allah şəhidlərimizə rəhmət etsin. Silahları yandırın, ərşə qalxsın tüstüsü… Hər obada, hər bir evdə qanad açsın sülh sözü…

Müğənni Xatun Əliyeva

Nə qədər davam edəcək bu dəhşət? Dözə bilmirəm vaxtsız itkilərə. Allah rəhmet etsin şəhidlərimizə.

Xalq artisti Tünzalə Ağayeva

Zəfər tək hədəfin, haqqındır sənin yalnız qələbə… Halal olsun sənə Azərbaycan əsgəri… Dəstəyimiz səninlədir, Azərbaycan əsgəri…

Xalq artisti Sənubər İsgəndərli

Şəhidlər ölməz, vətən bölünməz…

Müğənni Zamiq Hüseynov

Şəhidimiz var. Allah rəhmət etsin. Başın sağ olsun, Vətən!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.