Reanimasiyaya yerləşdirilən Pərvizin yeni görüntüləri yayıldı – FOTO

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən müğənni və bəstəkar Pərviz Mahmudovdan xəbər var.

BAKU.WS xəbər verir ki, hazırda sənətçinin səhhəti yaxşıdır. Bu haqda ifaçı özü məlumat verib. O sosial şəbəkədə fotosunu yayımlayaraq “Mənə dua edən hər kəsə təşəkkür edirəm” şərhini yazıb.

Xatırladaq ki, Pərviz noyabrın 10-da beyinə qan sızması nəticəsində xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt vəziyyəti ağır olan müğənni uzun müddət idi ki, reanimasiyada müalicə alırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.