Şəhidimiz Qubada torpağa tapşırıldı – YENİLƏNİB + FOTO/VİDEO

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən toqquşmalar zamanı Azərbaycan ordusunun şəhid olan hərbçisi Cabbarov Orxan Hətəm oğlu Quba şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Qəhrəman igidimizlə vida mərasiminə yerli sakinlər, şəhidin yaxınları və rayon rəsmiləri qatılıb.

10:38

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən toqquşmalar zamanı Azərbaycan ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş gizir Cabbarov Orxan Hətəm oğlu doğulduğu Quba rayonuna gətirilib.

Oxu.Az-ın məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Davudoba kəndində keçiriləcək. Daha sonra gizir Quba şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

Bildirək ki, Gizir Cabbarov Orxan Hətəm oğlu 1994-cü ildə Davudoba kəndində anadan olub.

Qəhrəman igidimiz subay idi.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbçimiz yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.