Londonda güclü yanğın: İkisi uşaq olmaqla dörd nəfər öldü

Böyük Britaniyanın London şəhərində yaşayış evində başlayan güclü yanğın dörd nəfərin ölümünə səbəb olub.

Faciə nəticəsində iki qadın və iki uşaq həyatını itirib.

Hadisə yerinə 6 yanğınsöndürən maşını və 40 nəfər şəxsi heyətin gəldiyi bildirilir. Yanan binadan dörd nəfər çıxarılsa da, onlar yerindəcə keçiniblər. Daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Mənbə: RİA Novosti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.