Qucaqlaşmağın ideal müddəti açıqlandı

İdeal qucaqlaşmaq 5-10 saniyə çəkir. Qoldsmit Unievrsitetinin alimləri apardıqları araşdırmadan sonra belə qərara gəliblər. Onlar 48 könüllü üzərində apardıqları təcrübənin nəticəsini “Acta Psychologica” jurnalında dərc ediblər.

Tədqiqatçılar toxunma müddəti, əlin vəziyyəti, emosional yaxınlıq, cinsiyyət və insan davranışı nəzərə alaraq qucaqlaşmanın qavranılmasına hansı amillərin təsir etdiyini və insanın psixoloji vəziyyətinə necə təsir etdiyini öyrənmək istəyiblər.

Təcrübə iştirakçılarının gözləri bağlanıb, sonra onlar eyni adamı müxtəlif üsullarla bir neçə dəfə dalbadal qucaqlayıblar – məsələn, onlar qollarını fərqli şəkildə çarpazlayıblar və sair.

Bundan sonra onlar hisslərini təsvir ediblər.

Nəticə etibarı ilə tədqiqatın müəllifləri müəyyən ediblər ki, insan üçün ən xoş gələn qucaqlaşma beşdən on saniyəyə qədər davam edir. Eyni zamanda, ilk qucaqlaşmalar sonrakılara nisbətən daha yöndəmsiz və daha az idarə olunan hiss olunurdu. Bir neçə saniyə davam edən qucaqlaşmaların da xoş təəssüratı az olub.

Amma qucaqlaşma üsulu heç bir şəkildə emosional qavrayışa təsir etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.