AFFA-dan 3 stadion tikintisi ilə bağlı tender
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 3 stadion tikir.
BAKU.WS AFFA-nın yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı qurum tender elan edib.
Tender Bakı şəhərində (Bayıl stadionu), Mingəçevir şəhərində və Tovuz rayonunda standart ölçülərə malik (oyun sahəsi – 105m x 68 m) futbol meydanlarının quraşdırılması ilə bağlıdır.
Tenderə 10 dekabr saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel – iyun 2022-ci il müəyyənləşdirilib.