Avropa çempionatı: Şahmatçılarımız son turda mübarizə aparacaqlar

Bu gün – noyabrın 21-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında son turun qarşılaşmaları oynanılacaq.

Doqquzuncu turda kişilərdən ibarət komandamız Fransa yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımız isə Niderland təmsilçiləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, kişilərdən ibarət komandamız 12 xalla liderlər qrupunda mübarizə aparır. Qadın yığmamız isə 10 xalla 4-9-cu yerləri bölüşür.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.