Dünya çempionatında medal qazanan karateçilərimiz Vətənə döndü – FOTO

BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüb.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında karateçilərimizin qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini Azərbaycan Milli Karate Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıb.

Xatırladaq ki, noyabrın 16-dan 21-dək keçirilən dünya çempionatında fərdi yarışlarda 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretskaya qızıl medala layiq görülüb. Bununla da o, dünya çempionatının ikiqat qalibi titulunu qazanıb.

Daha bir idmançımız – Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.

Kumite üzrə yığmamız isə komanda yarışında üçüncü yer uğrunda Özbəkistan komandasına qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, ölkəmiz çempionatda 17 karateçi ilə təmsil olunub.

Noyabrın 21-də keçirilən parakarate üzvlərindən isə ikisi dünya çempionatında üçüncü yeri tutub. Belə ki, Eldar Əhmədov əlil arabasında idmançıların yarışında, Emiliya Mitilinova isə görmə məhdudiyyətli idmançıların çıxışında bürünc medal qazanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.