Azərbaycan prezidenti İlham Əliyev Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.

BAKU.WS xəbər verir ki, ölkə başçısı həmçinin, Uqandanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.

Bundan başqa, Azərbaycan prezidenti Finlandiyanın da ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

Dövlət başçısı Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

QALEREYA