Əməkdar artist Mətanət İsgəndərli nəvələrindən danışıb.

BAKU.WS xəbər verir ki, aparıcı Günay Firudinqızının “Qonağım ol” proqramında iştirak edən sənətçi hazırda nəvələri ilə yaşadığını və çox xoşbəxt olduğunu bildirib. Əməkdar artist nəvələrinin tez-tez anaları ilə gördüşdüyünü də bildirib:

“Balamın övladlarının üçü də yanımdadır. Anaları nə vaxt istəyir, gəlib aparır. Uşaqlar istəyəndə özləri gedirlər, onu görürlər. Sən səni istəməyən uşağı heç vaxt yanında saxlaya bilməzsən. Özünü ağlayıb öldürər. Fikir edərlər. Uşaqlar çox həssas olurlar. Mənim yanımda onlar özlərini o qədər xoşbəxt hesab edirlər ki… Evə girən kimi biri o üzümdən öpür, o biri bu üzümdən öpür… Mənə deyirlər ki, sən evdə olmayanda bunların səsi çıxmır. Amma sən evə gələndə bunlar evi dağıdırlar”.

Qeyd edək ki, İsgəndərlinin gəlini Canana ilə oğlu Kərim boşanıblar. Məhkəmənin qərarı ilə cütlüyün hər üç övladı analarından alınaraq Kərimə verilib.

 

BAKU.WS

VİDEO