Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko Hollivud ulduzu Monika Belluççi ilə görüşüb.

BAKU.WS xəbər verir ki, ifaçı tamaşaçı qismində Belluççinin İtaliyadakı Manzoni teatrındakı solo tamaşasına qatılıb. Anna tamaşa başlamazadan əvvəl səhnə arxasına keçərək Monika ilə şəkil çəkdirib.

Xalq artistinin həyat yoldaşı lentə alınan şəkilləri şəxsi instaqram hesabında yayımlayıb. “O, əbədi gözəllikdir. Təkcə filmlərdə deyil, reallıqda da. Belə gözəl qadınları səhnədə görmək və dinləmək çox xoşdur”, – deyə sənətçi şəkillərə şərh əlavə edib.

Xatırladaq ki, A.Netrebko Rusiyanın Xalq artistidir.

BAKU.WS

QALEREYA