Əməkdar artist Elza Seyidcahan sosial şəbəkələrdə yayılan şəkillərinə görə yardım istəyib.

BAKU.WS xəbər verir ki, anası ilə birlikdə aparıcı Lalə Azərtaşın “Təsir dairəsi” proqramına qonaq olan sənətçi anasına məxsus obyektdən çıxmayan şəxsin onun fotolarını sosial şəbəkəlrədə yayaraq nalayiq ifadələr yazdığını bildirib:

“Anama qarşı təzyiqlər var. Gəlirəm evə görürəm ki, qızım, anam ağlayır. Evin kişisi, qadını, qulluqçusuyam. Necə evimdən arxayın olmadan tədbirə gedim? Məhkəmə qərar verib ki, guya biz 57 min borcluyuq. Bunu necə ediblər bilmirik. Nə bizi dindiriblər, nə şahid var. Amma qanun qarşısında nə edək? Mənim fotolarımı sosial şəbəkədə yayır, Azərbaycan qadınına, tərbiyəmə, şəxsiyyətimə ləkəli sözlər deyirlər”.

Sənətçi bunu edən şəxsin Rüstəm Kərimzadə olduğunu deyib. İfaçının anası isə Kərimovun həbsdə olan Fərid və Faiq Azayev qardaşlarının sifarişi ilə çalışdığını bildirib.

Qeyd edək ki, Əməkdar artist obyekti Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün imzalanacaq müqavilədən imtina ediblər. Seyidcahan 9obyekti geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Onu da bildirək ki, Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

VİDEO