Nizami Gəncəvi dünyaya bəxş etdiyimiz ən böyük mütəffəkirlərdəndir

“Nizami Gəncəvi Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük mütəffəkirlərdən biridir”.

BAKU.NEWS xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışında deyib.

“O, bütün həyatını Gəncədə keçirib, kənara çıxmayıb. Amma yaradıcılığında ədalət, ədalətli cəmiyyət, xeyir-şər problemi əsas olub. O, xalqlar arasında körpü olub. Əsərlərində ayrı-ayrı xalqları tərənnüm edib. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri, iftixarıdır. Nizami adı heç bir xalqda bizdəki qədər geniş yayılmayıb. O, 800 ildən çoxdur şeirləri, yaradıcılığı ilə yaşayır və yaşayacaq. Üç gün ərzində Forumda onun dərin fəlsəfi fikirləri müzakirə ediləcək”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.