Rusiyada mədən faciəsində ölənlərin sayı 52-yə çatdı

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində axtarış işləri zamanı xilasedicilərlə əlaqə itib.

BAKU.NEWS Rusiya mətbuatına istinadən xəbər verir ki, tüstüdən mühafizə qrupu ilə əlaqə kəsilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, xilasedici komandada 4-5 nəfər var.

Məlumata görə, mədənin dərinliklərində xilasetmə əməliyyatları aparan xilasedicilər dəstəsi metan qazının səviyyəsinin artması haqqında xəbərdarlıq siqnalından sonra əlaqəyə çıxmalı idilər. Lakin indiyədək onlarla əlaqə qurmaq mümkün olmayıb. Dəstənin neçə nəfərdən ibarət olduğu bildirilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.