Ən radioaktiv meyvə məlum oldu

Pekin Aeronavtika və Astronavtika Universitetinin alimləri bananların tərkibindəki radioaktiv elementə görə bu meyvənin insan sağlamlığı üçün müəyyən təhlükə yaratdığını bildiriblər.

Tədqiqatçıların qeyd etdiyi kimi, adi zərərsiz kaliumla yanaşı, meyvədə ionlaşdırıcı şüalanma mənbəyi olan kalium-40 maddəsi var.

Aliimlərin sözlərinə görə, radioaktiv şüalanma insanı hər yerdə, xüsusən rentgen müayinəsi və kompüter tomoqrafiyası zamanı, həmçinin siqaret çəkən zaman əhatə edir. Tütünün tərkibində olan polonium-210 və qurğuşun-210 maddələri banandan qat-qat daha təhlükəlidir.

Mənbə: “RİA Novosti”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.