Azərbaycanlı şairin vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirilir

Azərbaycanlı şair, satirik Əvəz Qurbanlının səhhəti kəskin pisləşib.

Bu barədə Əvəz Qurbanlı öz “Facebook” səhifəsində məlumat verib:

“Əziz dostlar! 10 gündən artıqdır temperaturum 39-40 dərəcə arasında dəyişir. Sağlıq durumum həyatımda heç olmadığı qədər kritikdir. Bu günə qədər bu barədə kimsəyə bildirmədim. Düşündüm, keçib gedər. Amma keçmədi. Bu gün təcili tibbi yardım gəlib xəstəxanaya yerləşdirməlidir. Heç kəsdən bir gözləntim yoxdu. Yalnız səmimi dualarınıza ehtiyacım var”.

Qeyd edək ki, son məlumata görə, 45 yaşlı şair xəstəxanaya yerləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.