Müğənni Nadir Qafarzadə şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Tarixin bir günü” proqramına qonaq olan ifaçı oğlu Loğmanın nişanlısından danışıb. Gəlininin atasının rəhmətə getdiyini deyən Nadir efirdə göz yaşlarını saxlaya bilməyib:

“Qızın özünün arzusu idi ki, nişan evlərində olsun. Onun atası yeni vəfat edib. Dedi ki, “Atamın ruhu bu evdədir, istəyirəm, nişan bu evdə olsun”.

Çox yaxşı ailədir. O, artıq bizim ailəmizin üzvü, mənim isə balamdır. Mən ona söz vermişəm ki, atası qədər olmasa da, onu çox istəyəcəm”.

Qeyd edək ki, sənətçinin oğlu Loğman uzun müddətdir sevdiyi Əntiqə xanımla nişanlanıb. Cütlüyün toyu bu il dekabrın sonlarında baş tutacaq.

VİDEO