ABŞ-da yüngül atletika üzrə dünya çempionu atışmada öldü

1983-cü ildə Helsinkidə keçirilən dünya çempionatında 4×100 metr məsafəyə estafetdə atletika üzrə dünya çempionu, amerikalı sprinter Emmit Kinq doğma şəhəri Bessemerdə (Alabama) atışma zamanı həlak olub.

Yerli polisin məlumatına görə, 62 yaşlı Kinq tanışı Villi Albert Uellslə mübahisə edib. Münaqişəyə girən hər iki şəxs tapançalarını çıxararaq bir-birinə atəş açıb. Uells yerindəcə, Kinq isə aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.

Mənbə: rsport.ria.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.