Hərbçilərimizlə vida mərasimi təşkil olunacaq – YENİLƏNİR + VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri vida mərasiminin keçirilməsi üçün DSX-nin Olimpiya Kompleksinə aparılır.

BAKU.TV-nin müxbirinin məlumatına görə, Olimpiya Kompleksində təntənəli vida mərasimi keçiriləcək.

Daha sonra şəhidlər dəfn ediləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

VİDEO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.