Yaxın saatlarda hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dünəndən cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun iqlim normasından beş dərəcəyədək yüksək olmasına səbəb olub.

Küləyin maksimal sürəti Qobustanda 28, Daşkəsəndə 25, Xınalıqda 24, Altıağacda 18, Lerik, Astarada 17, Qubada 16, Yardımlıda 15, Bakı, Pirallahıda 20, Maştağa, Qum adası, Binədə 18, Neft Daşlarında 17, Çilov adasında 16, Sumqayıtda 15 m/s-ə çatıb.

Hazırda Bakıda havanın temperaturu 18-20 dərəcə isti təşkil etsə də və hava nisbətən mülayim olsa da, yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru Bakıda və Abşeron yarımadasında 15-20, arabir 23-28, bəzi yerlərdə 30 m/s olacaq.

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Sabah gündüz saatlarında külək zəifləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.