Azərbaycanda klub prezidenti vəzifəsindən istefa verdi – VİDEO

“Azərreyl” voleybol klubunun prezidenti Fərid Xəlilov tutduğu postdan ayrılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, vəzifəsindən ayrıldığını göstərən video paylaşıb.

Gənc prezident saytımıza açıqlamasında klubdan ayrıldığını təsdiqləyib.

O, Azərbaycan Voleybol Federasiyasında vitse-prezident vəzifəsinə keçirilən Cəlil Cəfərovu əvəzləyib. İndi F.Xəlilov federasiyanın yeni baş katibidir.

Qeyd edək ki, Fərid Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.