“Qarabağ”ın sabiq futbolçusu məşqçiliyə başladı

“Qarabağ”ın sabiq futbolçusu Miçel Madera özünü yeni ampluada sınayacaq.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, ispaniyalı veteran yarımmüdafiəçi ölkəsinin “Lenense” klubunda məşqçiliyə başlayıb.

Keçmiş futbolçu bu sahədə ilk addımlarını atasının prezident olduğu komandada atmağa qərar verib.

Qeyd edək ki, 2015 – 2020-ci illərdə “Qarabağ”ın formasını geyinmiş Miçel Madera Ağdam klubunda 159 oyuna 30 qol vurub. O, bu ilin martında karyerasını başa vurub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.